6381f94c8ecaa202211223228
Gələn ilin “Sevgililər Günü” ilə bağlı QORXULU PROQNOZ

Son zamanlar zamanda səyahət etdiklərini iddia edənlərin sayı xeyli artıb. Bu şəxslərin sözləri də zaman-zaman sosial mediada gündəm olub.

Qlobal.net bildirir ki, bu dəfə 2671-ci ildən gəldiyini iddia edən gəncin sözləri səs-küy yaradıb. 

Sözügedən şəxs dünyanın artıq ətraf mühitin həddindən artıq çirklənməsinə və insan sayına dözə bilməyəcəyini açıqlayıb. O, 2023-cü ildə Sevgililər Günü kimi qeyd olunan 14 fevral tarixində dünyada nəhəng çuxurların açılacağını deyib. 

Gəncin iddiasına görə, ilk çuxur San Fransiskoda müşahidə ediləcək və bütün dünya bu çuxurun sirrini açmağa çalışacaq. Çuxurun sirri isə növbəti illərdə müəyyənləşəcək. (sfera.az)

26.11.2022 15:29
show 725