milli məclis

Gələn il deputatların alacağı maaşın məbləği açıqlandı

Gələn il əməkhaqqı xərcləri Milli Məclisin smetasının 76,2 %-ini təşkil edəcək.

Qlobal.net xəbər verir ki, deputatların və Milli Məclis aparatının əməkdaşlarının əməkhaqqısı üçün 39 milyon 522 min 922 manat nəzərdə tutulub.

Qeyd edək ki, Milli Məclisin ümumi xərcləri 2025-ci ildə 51 milyon 851 min 447 manat səviyyəsində proqnozlaşdırılıb.

Gələn ilin xərclər smetasına ev kirayələyən deputatlar üçün 26 min 400 manat, sosial ödənişlər üçün 300 min manat xərc planlaşdırılıb.

16.12.2024 12:57
show 40