isti
Gələn həftə dəhşətli istilər başlayır - XƏBƏRDARLIQ EDİLDİ

Avropa bu yay isti dalğasından təsirlənəcək. Gələn həftə Almaniya və Skandinaviya ölkələrində qeyri-adi yüksək temperatur gözlənilir.

Gələn həftə Avropada başlayacaq isti dalğalar bütün qitəyə təsir edə bilər.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, qitənin bu yay temperatur rekordlarını qıra biləcəyi ehtimalı var.
Çünki temperatur rekordları ardıcıl 11 aydır qırılır. Şimali Atlantikada dəniz səthinin temperaturu son 4 onillikdə ən yüksək səviyyəyə çatıb. İyun ayında Qərbi Avropada orta yağıntı gözlənildiyi halda, iyulda Cənubi Avropada yağıntının artması, Şərqi Avropada isə daha quru şərait gözlənilir.
Avqust ayında qitənin əksər hissələrində daha quru və sabit hava şəraiti gözlənilir. (publika.az)

29.05.2024 15:52
show 342