"Söyüdlüdəki hadisələrin təşkilində əvvələr vəzifədə olan Saleh Rüstəmov, Nazim Məmmədov kimi şəxslər iştirak edib".
Qlobal.net xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar iclasında deputat Elman Nəsirov deyib. Millət vəkili baş verən insidentin ilkin səbəbkarlarının xaricdə olmasına diqqət çəkib: "İstintaqda digər adlar da çəkilir. Bütün bunlar göstərir ki, hadisələr məqsədli şəkildə törədilib. Sakinləri təxribata cəlb ediblər. Bəziləri hadisənin mahiyyətini anlamadan buna qoşulub. Azərbaycan polisi öz vəzifəsini icra edib. Onların içərisində qaydanı kobud şəkiildə pozan polis nəfəri cəzasını alacaq. Dövlət əlindən gələn bütün imkanlardan istifadə edr ki, insidentin yaranma səbəbi ortaya çıxsın. Hadisələrin yaranmasının birbaşa səbəbkarı isə xaricdəki şəxslərdir".