Türkiyənin Ədirnə vilayətində 19 yaşlı qız 5-ci mərtəbədəki evinin eyvanında müvazinətini itirərək taksi sürücüsünün üzərinə düşüb.
Qlobal.net metbuat.az-a istinadən xəbər verir ki, xəsarətlər alan hər iki şəxs xəstəxanaya yerləşdirilib. Bildirilir ki, gecə 19 yaşlı qız taksi sifariş edib. Taksi sürücüsü həyətdə gözləyərkən, 19 yaşlı qız eyvana çıxaraq, gəlməyə hazırlaşdığını demək istəyib. Lakin bu zaman o, müvazinətini itərərək yerə düşüb. Bunu görən taksi sürücüsü onu tutmağa cəhd edib. Nəticədə hər ikisi xəsarət alıb.