Bir stəkan suya duz və sirkə qatıb evinizin müxtəlif yerlərinə qoyun. 24 saat sonra gördükləriniz sizi təəccübləndirəcək. Evdə stressli və aqressiv olursunuz? Evinizdəki səs-küydən, mübahisələrdən bezmisiniz? O zaman bu videoya diqqətlə baxın.
Düzdür, neqativ və ya pozitiv enerjinin varlığına inanmayanlar da var. Amma, etiraf etməliyik ki, inananlar daha çoxdur.
Siz də evinizin neqativ enerji ilə dolu olub-olmadığını yoxlamaq istəyirsinizmi? Cavablar 1 stəkan suda gizlidir.
Yaşadığımız məkanların bizim enerjimizdən təsirləndiyi haqda fikirlər çoxdur. Evimiz isə müxtəlif enerjilərlə yüklüdür. Hisslərimiz, duyğularımız, düşüncələrimiz... Hər biri fərqli enerji ilə təsir etmə qabiliyyətinə malikdir. Həmçinin, ətrafımızdakı enerjiləri də bu sayədə özümüzə çəkə bilirik.
Bundan əlavə, evimizə gələn hər qonaq özüylə neqativ, yaxud pozitiv
enerji gətirir. Təbii ki, məruz qaldığımız enerjilər əhval-ruhiyyəmizə
təsir edir. Bəziləri neqativ enerjilərin təsiri ilə həmişə pessimist
düşünür. Daimi stress keçirir, aqressiv olur.
Evin hər bucağına hopmuş enerjilər çıxarılmasa, getdikcə daha da arta
bilir. Neqativ enerjilər həyatımızın hər anını əhatə edir. İş yerimizdə
problemlər yaradır, qonşularla münasibətimizi korlayır, evdə yanlış
qərarlar almağımıza səbəb olur. Bu cür uğursuzluqlar insanda həyat
eşqini də öldürməyə qadirdir. Buna görə də, mütəmadi olaraq evdəki
neqativ enerjini yox etməyə çalışmaq lazımdır.
Yəqin indi bu sual sizi düşündürür: “Neqativ enerjini necə təyin edək?”
Bu mövzu üzərində illərlə araşdırma aparan Marina Suqrobova`nın
fikrincə, yoxlamaq çox sadədir. 1 stəkan götürün, onun ⅓-i qədər dəniz
duzu tökün. Qalan boşluğun yarısına əvəlcə su, yarısına da ağ sirkə
tökün. Qarışdırın. Evinizin harasında neqativ enerji olduğunu
düşünürsünüzsə, stəkanı oraya qoyun. 24 saat yerindən tərpətməyin.
Gərək stəkan 24 saat bir dəfə də olsa yerindən tərpənməsin.
24 saatın tamamında stəkanı yoxlayın. Əgər necə qoymusunuzsa o cürdüsə,
deməli, otaqda neqativ enerji yoxdur. Stəkanda hava qabarcıqları,
yaxud hansısa bir dəyişiklik varsa, həmin otaqda neqativ enerji var
deməkdir. Bundan sonra etməli olduğunuz hər gün yeni stəkanda yeni
qarışım qoymaqdır. Duz, sirkə və su neqativ enerjini özünə çəkərək
evinizi bir az təmizləyəcəkdir.
Hər gün stəkandakı köhnə qarışımı da mütləq eşiyə tökün. Evin içinə tökmək olmaz. Təkrar qeyd edirəm: “Neqativ enerjiyə inanırsınızsa, bu üsuldan istifadə etmək faydalıdır”.
Bədəninizdə olan neqativ enerjini atmağın ən yaxşı üsulu isə yalın
ayaqla torpaqda gəzməkdir. Beləcə, üzərinizdəki elektrik torpaq
tərəfindən çəkilir və siz rahatlayırsınız. Torpaqda gəzmək imkanınız
yoxdursa, ilıq su ilə duş almaq da köməyinizə çata bilər. Axşamlar
ayaqlarınızı ilıq duzlu suda, ən azı, 10 dəqiqə saxlamaq da neqativ
enerjidən azad olmağa kömək edir. Dabanlarınızdakı yarıqlardan
bədəninizdəki toksinlər və neqativ enerji duzlu suya axacaq. Burda bir
məqamı xüsusi vurğulamalıyam: neqativ enerjini qovmaq üçün istifadə
olunan duz ya dəniz duzu, ya da Himalay duzu olmalıdır. Bir limonu iki
bölün, yarısını kasanın içinə qoyun, üstünə duz səpin. Evinizin bir
küncünə qoyun. Həm otaqdakı neqativ enerji azalacaq, həm də hava
dəyişiləcək. Duzlu limonu yatarkən baş ucunuza qoysanız, hər səhər
yeni bir pozitiv enerji ilə oyanacaqsınız.
Bu maraqlı üsul haqqında daha ətraflı videoda...