666c0e79b306b202406243345
Gecə oğlunu təbrik etdi, məzun gününü isə görə bilmədi...

AMEA-nın Folklor İnstitutun Klassik Folklor şöbəsinin elektronçusu Elnarə Soltanova qəfil vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun iş yoldaşı Elyar İslamoğlu məlumat yayıb.

O bildirib ki, bu gün E.Soltanovanın oğlunun məzun günü imiş: “Bu günü çox səbirsizliklə və həsrətlə gözləyirdi. Gecə saat 3-ə işləmiş oğlu haqqında vatsapda paylaşım edib, ürək sözlərini yazıb. Bəlkə də səhər oğlunun məzun günündə iştirak edə bilməyəcəyini ana ürəyi hiss edibmiş”.

14.06.2024 13:32
show 2386