657bf8c8c7e52202312235712
Gecə klubundan çıxan qadınları ifşa etdi, tiktokda paylaşdı - VİDEO

İngiltərədə gənc oğlan qadınların gizli şəkillərini çəkərək TikTok hesabında paylaşaraq böyük reaksiyaya səbəb olub.

TikTok istifadəçisi İngiltərədə gecələr əylənən açıq-saçıq geyinmiş qadınların gizli görüntülərini çəkib paylaşıb. İstifadəçi əsasən Mançesterdə bar və gecə klublarına gedən gənc qızların gizli görüntülərini çəkib və bunlar milyonlarla insan tərəfindən izlənilib.

Videoların əksəriyyətində gənc, yarıçılpaq qadınlar var və onların heç biri kameraya diqqət yetirmir.

Bir çox insan istifadəçidən qadınların razılığı olmadan video çəkməyin cinayət olduğunu bildirərək videoları silməyi xahiş edib. (milli.az)


15.12.2023 11:12
show 449