"Ailə quranda təzə-təzə anlaşılmazlıq olurdu, çox olurdu. Çünki yoldaşım məndən 11 yaş kiçikdir".
Bunu "Zaurla Günaydın"da qonaq olan istedadlı müğənni Vüsal Hacıyev deyib.
Vüsal ailəsindəki söz-söhbətin qısqanclıqdan qaynaqlandığını etiraf edib: "Həm də mən musiqiçiyəm, orda-burda oluram, görürsən ki, müəyyən narahatlıqlar olur.
Daha çox evə gec gəlməyimə görə yoldaşımla aramızda söz-söhbət olurdu. Deyirdi ki, hara getdin, "srazı" evə gəl.
Amma deyirəm ki, bir məclisə, çəkilişə gedirsənsə, oradakı musiqiçilərlə oturub-durmalısan, münasibət qurmalısan. Getdin çəkilişə, qayıtdın evə. Yox da, axı münasibət də lazımdır.
Mən ümumiyyətlə gecə 12-dən sonra evə gəlmirəm. İşim olmayanda hətta saat 11-də evdə oluram. Çünki evimin birinci mərtəbəsi studiyadır. Ürəyim istəyəndə düşürəm aşağı, orada məşğul oluram". (milli.az)