Tanınmış Türkiyəli jurnalist Fulya Öztürk Bakıdadır.
Qlobal.net mətbuat.az-a istinadən bildirir ki, bu barədə aparıcı Lalə Azərtaş məlumat verib. O qeyd edib ki, Xəzər telekanalının rəhbəri Murad Dadaşov, Fulya Öztürk və Lalə Azərtaş arasında görüş olub:
"Türkiyəli həmkarlarımızla çox məhsuldar görüş keçirdik. Danışdığımız önəmli layihələrdən yaxın günlərdə hamı danışacaq. Bizə uğur olsun".
Lalə Azərtaşla rəfiqə olan Fulya Öztürk Bakıda olduğu müddətdə tez-tez onunla birgə paylaşımlar edib və onu çox sevdiyini bildirib.