Fransanın Moskvadakı səfirliyi qarşısında Azərbaycan diasporundan olan qadın və uşaqların iştirakı ilə aksiya keçirilib.
Bu barədə 19 oktyabr tarixində AZfront Telegram səhifəsi xəbər verib.
Məlumatda qeyd olunur ki, piket iştirakçıları əllərində İkinci Qarabağ müharibəsi zamanı Gəncə və ölkənin digər şəhərlərinə raket atəşi nəticəsində həlak olan uşaqların şəkillərini tutublar.
Transparantlarda isə “Fransa azərbaycanlı uşaqların ölümünə etinasız yanaşır”, “Gəncədə həlak olan uşaqlarla bağlı sanksiyalar tətbiq edin” kimi yazılar qeyd olunub.
Həmçinin piket iştirakçıları Fransa Senatına və xalqına ünvanlanan petisiyanın emblemini əks etdirən plakatlar nümayiş ediblər.
Petisiyanın azərbaycan dilində imzalanma qaydası
Petisiyanın rus dilində imzalanma qaydası
Bu petisiya qəlbində əks-səda yaradan kəslərə fransız dilini bilmədən asanlıqla və tez bir zamanda ona dəstək olmaq üçün necə səs vermək barədə addım-addım təlimatlar hazırlamışıq.
Bu postun linkini qohumlarınız, dostlarınız və tanışlarınız arasında yayın. Birlikdə biz – qüvvəyik!
Petisiyaya qoşulmaq üçün aşağıdakı linkdən keçid edə bilərsiniz:
https://www.mesopinions.com/petition/politique/appel-nom-peuple-azerbaidjanais-senat-peuple/189012
Petisiyanın daha çox yayılması üçün bu heşteqlərdən istifadə edək:
#BizAzərbaycanıq #AzərbaycanıQoruyaq