67877bb024f66202501251112

Flora Kərimova ilə bağlı MÜHÜM XƏBƏR: Prokurorluq hərəkətə keçdi

Türkiyənin prokurorluğu Xalq artisti Flora Kərimovanın iddiasını icraata götürüb.

Qlobal.net xəbər verir ki, bu barədə jurnalist Qənirə Ataşova sosial media hesabında paylaşım edib.

Onun sözlərinə görə, ixtisasca nevroloq olan, lakin plastik cərrah sertifikatı almış Sevinc Heydərova ilə məhkəmə çəkişməsində yeni faktlar ortaya çıxıb:

"Flora Kərimova həm bir sənətkar, həm də bir həkim olaraq, Sevinc Heydərovanın plastik cərrah sertifikatını necə əldə etdiyini araşdırmağa başlayıb və bu yol Türkiyəyə uzanıb. Məlum olub ki, Sevinc Heydərovaya Türkiyədə cərrahiyyə kursu keçdiyinə dair sənədləri professor Mehmet Bozqurd təqdim edib. Məhz bu sənədlər əsasında Sevinc Heydərovanın Səhiyyə Nazirliyini aldadaraq sertifikat aldığı iddia olunur. Flora Kərimova bu saxtakarlığı üzə çıxarmaq üçün Türkiyədə vəkil tutaraq, hüquqi mübarizəyə başlayıb. Artıq Türkiyə məhkəməsi Flora Kərimovanın iddiasını qəbul edib.

Xatırlayırsınızsa, professor Mehmet Bozqurd mənə verdiyi açıqlamada sənədlərdəki imzanın ona aid olmadığını və imzanı Sevinc Heydərovanın saxtalaşdırıldığını bildirmişdi. Bu açıqlamadan sonra Sevinc xanım maraqlı bir bəyanat vermişdi. Guya mən Mehmet Bozqurdu qorxutmuşam. Vallah, Amerikadan Türkiyəyə əlimi uzadıb bir professoru qorxutmaq gücündə olduğumu bilsəydim, bəlkə, Hollivudda filmlərə də çəkilərdim.

Flora Kərimovanın vəkili Elcan Həsənli məsələnin araşdırılması üçün Türkiyədə olub. Onları dinləyək, çünki bu hekayə bitməyib". 

15.01.2025 13:30
show 102