659da2815a341202401244609
Flora Kərimova və Elza Seyidcahan arasında efir arxasında QALMAQAL - VİDEO

Xalq artisti Flora Kərimova və Əməkdar artist Elza Seyidcahan mübahisəsi efir arxasında davam edib.

OLAY yazır ki, bu barədə aparıcı Elgiz Əkbər video paylaşıb. Kərimova Elzaya müraciət edərək bu sözləri deyib: “Mən sizi çox istəyirəm, fəlsəfənizi başa düşüərm. Bədəninizin rahatlığı, ya düşüncənizin rahatlığı üçün belə geyinirsiniz?”. 

Seyidcahan Xalq artistinə bunları söyləyib: “Mən sizin qarşınızda baş əyirəm, ümid edirəm ki, inciməyəcəksiz. Siz o vaxt Cavan Zeynallı ilə oxuyanda açıq-saçıq geyinmişdiniz. Kürəyiniz açıq idi. Bunu sizə səhnə, gündəm məcbur elədi? Bədəninizin, ya  düşüncənizin rahatlığı üçün idi? Biz də baxdıq ki, Flora Kərimova beli açıq geyinib. Onda heç kim geyinməmişdi. Siz də sənətdə böyük yeniliklər etmisiz. Kürəyinizi, sinənizi açmısız. Mən də sizdən öyrənmişəm”. 

E. Əkbər isə paylaşıma “Verilişin 3-cü hissəsindən sonra reklam arasında yaşananlar. Həmişə, sülh mehribanlıq olsun” qeydini yazıb.

09.01.2024 23:44
show 1670