Firdovsi Umudovun 600 min manatlıq retro avtomobili - 99-FU-990 (FOTO)
Son
günlər 1938-ci ildə istehsal olunmuş, 1.5 milyon AZN-ə satışa çıxarılan
retro avtomobil sosial şəbəkələrdə və KİV-də müzakirə mövzusuna
çevirilib.
Heç kimə sirr deyil ki, Bakıda bir çox məşhur şəxslər bahalı retro
avtomobillərə sahibdirlər. Varlı ərəblərdən heç də geridə qalmayan,
retro avtomobil həvəskarlarının bəzilərinin Bakıda hətta muzeyləri də
mövcuddur.
Qaynarinfo xəbər verir ki, uzun illər sərbəst güləş üzrə
böyüklərdən ibarət Azərbaycan milli komandasının böyük məşqçisi olmuş,
hazırda Sərhədçi İdman Mərkəzinin rəis müavini vəzifəsini tutan Firdovsi
Umudov da qiyməti 1 milyon manata yaxın retro avtomobilə sahibdir.
Əldə etdiyimiz məlumata görə, Firdovsi Umudov 1936-cı il istehsalı
olan "BMW 326 Bj” avtomobili almaq üçün 600 min manata yaxın puldan
keçməli olub. O, həmçinin avtomobil üçün öz ad və soyadına uyğun dövlət
nömrə nişanı da alıb - 99-FU-990.
Qeyd edək ki, Firdovsi Umudov özü də avtomobilin fotosunu "WhatsApp” profilində də paylaşıb.
Onu da bildirək ki, 2002-ci ildən etibarən Dövlət Sərhəd Xidmətinin
əməkdaşı olan Firdovsi Umudov 2022-ci ildə polkovnik hərbi rütbəsi ilə
təltif edilib. (qaynarimfo)