photo_97545150
Fiqurlu konkisürmədə yaş həddi qaldırıldı

Beynəlxalq Konkisürmə İttifaqı (ISU) fiqurlu konkisürmə, sürətli konkisürmə və şort-trek kimi idman növlərində idmançılar üçün yaş həddinin 17 yaşa qaldırılması barədə qərar qəbul edib.

Müvafiq qərar təşkilatın bu gün Phuketdə keçirilən konqresində verilib.

Xatırladaq ki, hazırda İSU-nun himayəsi altında böyüklər arasında keçirilən turnirlərdə yaş həddi 15-dir. ISU Konqresi 2022/2023 mövsümündə plankanın eyni səviyyədə qalması, 2023/2024 mövsümündə 16 yaşa, 2024/2025 mövsümündən etibarən isə 17 yaşa yüksəlməsi barədə qərar qəbul edib.

Mənbə: Mk.ru

07.06.2022 17:45
180