Fındıq qabığı görün nəyə dərman imiş - RESEPT
Bu gün çoxlarımızın lazımsız bilərək zibil qutusuna atdığı
fındıq qabıqlarından tibbdə xərçəng əleyhinə dərman hazırlandığını
bilirdiz? Hətta qadınlar qədim zamanlardan hamilə qalmaq üçün fındıq
qabıqlarını qaynadıb, suyunu içirmişlər. Mədə-bağırsaq xəstəlikləri,
sidik yolları və soyuqdəyməyə kimi bir çox xəstəlikləri sağaldan fındıq
qabığı çayı haqda sizə məlumat verəcəm.
Mütəxəssislər sağlam yaşamaq üçün hər gün bir ovuc fındıq yeməyi
tövsiyə edir. Yaxşı, bəs yediyimiz bu 1 ovuc fındıq nələrə faydalıdır?
Ürək-damar sağlamlığını qoruyaraq profilaktik təsir göstərir.
Beyin sinirlərini qoruyur və sinir sistemində yaşa bağlı dəyişiklikləri azaldır.
Alzheimer riskini azaldır və beyin funksiyalarını tənzimləyir.
Depressiya və psixoloji pozğunluqların qarşısını alır.
Tərkibində B16 vitamini olduğu üçün xəstəliklərin qarşısını alaraq immuniteti gücləndirir.
Tərkibindəki sağlam yağ sayəsində pis xolesterinin qarşısını alır
Bədəndəki digər yağların yanmasını sürətləndirir.
Şəkər və şəkər xəstəliyinə qarşı faydalıdır.
Tərkibində yüksək miqdarda antioksidant olduğu üçün bədəndən zəhərli
maddələrin çıxarılmasına kömək edir. Antioksidanların olması da
yaşlanmanın qarşısını alır.
Bədənə enerji və canlılıq verir.
Lif mənbəyi olaraq bağırsaqları rahatlamağa və zəiflətməyə kömək edir.
Maqneziumla zəngin olduğu üçün sümükləri gücləndirməyə və sağlam
saxlamağa kömək edir. Həmçinin əzələ ağrılarını aradan qaldırır.
Xərçəng və şiş əmələ gəlməsinin qarşısını alaraq E vitamini balansını qoruyurFındığın içi qədər qabığı da faydalıdır. Fındıq qabığının tərkibində
xərçəng əleyhinə maddələr olduğu üçün tibbdə hazırda ondan istifadə
edilir. Tərkibindəki paklitaksel adlı maddə xərçəngə qarşı çox yaxşı
təsir göstərdiyi üçün xərçəng dərmanlarına əlavə edilir. Deməli bizim
lazımsız bilib atdığımız fındıq qabıqlqrı çox faydalı imiş…
Son araşdırmalar göstərir ki, fındıq qabığı ən az fındıq ləpəsi qədər
faydalıdır. Fındıq qabığı çayı nizamlı olaraq istehlak edildikdə
xərçəngi azaldır, bəlğəmgətiricidir, böyrək və sidik kisəsi iltihabına
qarşı, həmçinin bağırsaq xəstəliklərində faydalıdır.
Fındıq qabığı qaynadılıb suyu içilsə, soyuqdəymə və qripə xeyirlidir,
öskürəyi dayandırır, malyariya və epilepsiyaya qarşı təsirlidir. Fındıq
qabığı çayı sidik yollarının infeksiyaları üçün də müalicəvi
xüsusiyyətlərə malikdir. Hətta qadınlar qədim zamanlardan hamilə qalmaq
üçün bu çaydan istifadə edirlər.
Fındıq qabığının evdə istifadəsi qaynama üsuludur. Bu yolla onun
birləşməsindəki maddələri aşkar etmək olar. Fındıq qabığı qaynadılaraq
suyu istifadə edildikdə bağırsaqları rahatlaşdırır və bağırsaq florasını
qoruyur, yüksək antioksidantlarla təmin etməklə yanaşı, qanı zərərli
maddələrdən qoruyaraq ürəyi və damarları gücləndirir.
Fındıq qabığı çayının hazırlanması:
Fındıq qabıqlarınızı bol su ilə yaxşıca yuyun. Bir litr suya bir ovuc
qabıq əlavə edin və 5-10 dəqiqə qaynadın. Sonra ocaqdan götürüb yenidən
10 dəqiqə dəmlənməsini gözləyin. Süzülmüş çaya hətta 1 çay qaşığı bal da
əlavə edə bilərsiniz. (İstəyə görə). Gündə yalnız iki stəkan fındıq
qabığı çayı içmək məsləhət görülür.
Fındığın özü və qabıqları qədər yağı da insana çox faydalıdır. Bu yağ bir çox xəstəliyə qarşı istifadə edilir.
Fındığın tərkibində insan sağlamlığı üçün çox keyfiyyətli və faydalı yağ
turşuları var. Onlar əczaçılıq sənayesində, eləcə də bir çox kosmetik
sənayedə geniş istifadə olunur.
Fındıq Yağının Dəriyə Faydaları
Nələrdir? Necə istifadə etməli?
Fındıq tərkibində yüksək miqdarda E vitamini ehtiva edir. Dəriyə qulluq
vasitələrində fındıq yağı ilə əldə edilən E vitamininə üstünlük verilir.
Yaşlanma əleyhinə vasitə kimi istifadə olunur. Dərinin müqavimətini
artıran bu yağ dərinin masajında da çox təsirlidir. Günəşin yaratdığı
dəri ləkələrinə qarşı istifadə olunur. Dərini cavanlaşdırır və
sızanaqların əmələ gəlməsinin qarşısını alır.
Saça Qulluqda Fındıq Yağından Necə İstifadə Edilir?
Fındıq yağının digər bir faydası da saç baxım vasitələrində üstünlük
təşkil etməsidir. Saçların kökləri üçün çox faydalı olan bu
yağ saç köklərinə masaj edilərək istifadə edilir və bir
müddət gözlədikdən sonra yaxşıca yuyulub yaxalanmalıdır. Beləliklə,
saçlar parlaq və təbii olur. Həmçinin bu yağ bir çox kosmetik sahədə
istifadə olunur.