Film kimi hadisə: 6 ildir evli və iki uşaq sahibi olan cütlük bacı-qardaş çıxdı
İngiltərədə film kimi hadisə baş verib.
Qlobal.net xəbər
verir ki, 6 ildir evli və 2 uşaq anası sahibi olan cütlük qadının
səhhətində yaranan problemlərə görə xəstəxanaya müraciət
edərkənndəhşətli reallıqla üzləşib.
Həyat
yoldaşının xəstəliyi ilə əlaqədar böyrək transplantasiyasına ehtiyacı
olduğunu deyən ər "Oğlum dünyaya gələndən sonra həyat yoldaşım
xəstələndi. Həkimlər təcili böyrək transplantasiyasına ehtiyac olduğunu
deyəndə yaxınlarımızla əlaqə saxladıq. Ancaq uyğun donor tapılmadı", -
deyə bildirib.
Donor tapa bilməyəndə həkimlərə müraciət edən cütlük həyatlarını alt-üst edən həqiqəti öyrənib.
Test
nəticələri cütlüyün anormal dərəcədə yüksək uyğunlaşma faizi olduğunu
ortaya qoyub. Ər-arvad arasında belə uyğunlaşmanın çox nadir hallarda
baş verdiyini bildirən həkimlər cütlüyə "Bu dəyərlərə ancaq qardaş-bacı
sahib ola bilər” deyiblər.
6 illik həyat yoldaşının qohum, hətta
qardaş ola biləcəyini biləndə ər şoka düşüb. Həyat yoldaşı ilə böyüdüyü
yerdən uzaqda tanış olduğunu və bioloji ailəsi ilə heç bir əlaqəsi
olmadığını deyən ər sosial şəbəkədə fikirlərini bu ifadələrlə bölüşüb:
"Zarafat etmirəm, həyat yoldaşımla bacı-qardaşıq. Bu vəziyyətlə bağlı nə
edəcəyimi bilmirəm. Bəlkə bu səhvdir, amma axı o mənim uşaqlarımın
anasıdır...". (azxeber.com)