FHN-nin toya gedən 20 əməkdaşı işdən çıxarıldı - General Sevda Şirinovadan əmr
FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin xeyli sayda əməkdaşı işdən çıxarılıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, onları işdən FHN-nin Kadr
siyasəti Baş idarəsinin rəisi, general-mayor Sevda Şirinova azad edib.
Belə ki, idarənin 20 əmədaşı guya işlərində verdikləri nöqsanlara
görə vəzifələrindən azad ediliblər. 20 əməkdaşdan 3-ü yüksək rütbəli
zabit və idarənin vəzifəli şəxsləridir.
Əldə etdiyimiz məlumata görə, onıarın işdən çıxarılmasına səbəb toy mərasimində iştirak etmələri olub.
Dəfərlərlə digər məsələlərlə bağlı FHN-nin mətbuat xidmətinin
rəhbəri Gülçin Mehdiyevaya sorğu ünvanlamağımıza baxmayaraq, nə yazılı,
də nə də şifahi şəkildə Qaynarinfo-ya cavab verilməyib. Buna baxmayaraq,
FHN-nin məsələ ilə bağlı mövqeyini dərc etməyə hazırıq.