Cəmiyyət
FHN əməkdaşları qara kərkəsi belə xilas etdilər – VİDEO

Xaçmaz şəhərinin Nəriman Nərimanov küçəsində sakinlər avtomobil yolunun kənarındakı şam ağacında böyük quş olduğunu görüblər.
Qlobal.net xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) qaynar xəttinə məlumat verilib.
Əraziyə nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri cəlb olunub.
Xilasedicilər Qara kərkəsi şam ağacından götürərək aidiyyəti üzrə təhvil veriblər.



