Ötən gün Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxslərinin xidməti otaqlarında biabırçı görüntüləri yayılıb.
Qlobal.net xəbər verir ki, yayılan video qısa zaman ərzində sosial şəbəkələrdə
gündəm olub, eyni zamanda izləyicilər tərəfindən böyük müzakirələrə
səbəb olub.
Görüntülərlə
bağlı "Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyi”nin Sədri Mehriban
Zeynalova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və
Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət ünvanlayıb.
Onun
sözlərinə görə, bu qadınlar seksual qısnamaya məcbur ediliblər. O
bildirib ki, Azərbaycan Respublikasının Qanunun 4 maddəsinə və maddə
11-ə görə, seksual qısnamaya məruz qalmış işçilərə qarşı hər hansı
təzyiq yolverilməzdir.
Mehriban
Zeynalova AZXEBER.COM-a açıqlamasında bildirib ki, bu videoların
yayılması doğru deyil və bu cür hallar qadınların həyatı üçün böyük
zərbədir: "Əgər
bu münasibət iki nəfərin razılığı ilə olubsa belə, yenə də iş yerində
belə bir şey etmək doğru deyil. Bu videoların yayılmasında hər iki
tərəfin günahı var. Belə olan halda yalnız tək tərəfi qınamaq və ya
vəzifəsindən uzaqlaşdırmaq düzgün deyil. Hər iki tərəf cəzalanmalıdır.
Məni narahat edən məsələ ondan ibarətdir ki, bu tip videoları yaymaq
qadınların rəsmi orqanlarda işləməsinə zərbə vura bilər. Bu isə
qadınların dövlət orqanlarında təmsil olunmasını azaldacaq, ümumi işin
gedişatına xeyir verə biləcək qadınların da işləməsinin qarşısını
alacaq. Getdikcə bu tip videolar daha çox yayılır və mən bunun tərəfdarı
deyiləm. Bəlkə də məqsəd qadınların bu cür işlərdə çalışmasını
bilərəkdən azaltmaq, qadağaları artırmaqdır. Dəqiq bilmirəm, müxtəlif
məqsədlər də ola bilər. Amma bütün hallarda bu yolverilməzdir”.