FHN-də çalışan xanım əməkdaşlarla bunlar QADAĞAN EDİLDİ
Son günlər Fövqalədə Hallar Nazirliyi ətrafında cərayan edən hadisələr qrumun yeni addımlar atmasına səbəb olub.
Qlobal.net xəbər verir ki, nazirlik rəsmiləri qeyri-rəsmi olaraq
xanım əməkdaşlar üçün müəyyən qaydalar tədbiq etməyə başlayıblar. Sosial
şəbəkələrdə yayılan məlumata görə, xanım əməkdaşlara dırnaq uzadılması,
aşırı makiyajla işə gəlmək, bəzək əşyalarından istifadə tamamilə
qadağan edilib.
Soisial şəbəkələrdə yayılan bu iddiaları təkzib və təsdiq edən hansısa rəsmi bir məlumat yoxdur.
Qeyd edək ki, iki gündür ölkə gündəmində olan əsas mövzulardan biri
də FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin inzibati binasında
çəkilən görüntülərdir. Xidmət rəisinin köməkçisi, polkovnik Zaur
Mirzəyev bir neçə xanımla öz kabinetində cinsi münasibətdə olub və bu
görüntüləri lentə alaraq saxlayıb.
Böyük rezonansa səbəb olan hadisədən sonra Zaur Mirzəyev və
görüntülərdəki xanımlar nazir Kəmaləddin Heydərovun əmri ilə işdən
uzaqlaşdırılıblar. Zaur Mirzəyevin rütbəsi əlindən alınıb və onunla
bağlı Baş Prokurorluqda araşdırmalar başladılıb. (azxeber.com)