Fəzail Ağamalının rus qadından oğlu varmış – Anası ilə bu ölkədə yaşayır

Son günlər partiyasındakı qalmaqalla gündəmə gələn Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı yeni faktla medianın gündəminə düşür.
Oxu24.com saytının özəl mənbədən əldə etdiyi məlumata görə, keçmiş deputatın hər kəsdən gizlətdiyi bir oğlu da var imiş.
Əldə etdiyimiz məlumata görə,həmin şəxs 1987-ci il təvəllüdlü Ağamalıyev İlqar Fəzail oğludur. Ailədə onu daha çox Oleq kimi çağırdıqları üçün bu adla daha çox tanınıb.
Almaniyadakı mənbənin Oxu24.com-a verdiyi məlumata görə,İlqarın anası rus əsilli qadındır. Onlar 80-ci illərin sonunda Bakı şəhərində tanış olublar. Bu münasibətdən bir oğlan övladı dünyaya gəlib.
Fəzail Ağamalının rəsmi nikahda olan həyat yoldaşı bu məsələni bildikdən sonra ailədə ciddi problemlər yaşanıb. Bu səbəbdən də F.Ağamalı oğlunu və qeyri-rəsmi münasibətdə olduğu qadını Bakıdan çıxarmağa məcbur olub. O, uşağı və qadını Rusiyanın Sank-Peterburq şəhərinə göndərib.
CityPost.az saytının yazdığına görə, ana və övlad uzun müddət orada yaşadıqdan sonra İlqarın təhsil alması məqsədi ilə Almaniyaya köçüblər. Son illər orada yaşayırlar.



