photo_63267028
Fəzail Ağamalının keçmiş rəqibi parlamentə gilas göndərir - FOTOFAKT

Qarabağ qazisi və deputat Fəzail Ağamalının keçmiş rəqibi Kamil Musəvi parlamentə gilas göndərməyi təklif edib. 

Qlobal.net bizim.media-ya istinadla xəbər verir ki, bu barədə Kamil Musəvi özünün “Facebook” hesabında paylaşım edib. Qazi maaşı çox olub, gilas ala bilməyənlərə endirimli qiymətə gilas təklif edib. Hətta hədiyyə verə biləcəyinə də işarə edib:

“Maaşı çox olub gilas ala bilməyənlərə endirimli gilasımız var. Məsləhət bildiyiniz adam olsa, hədiyyə də verə bilərik”, deyə paylaşımda bildirilib. 


Qeyd edək ki, millət vəkili Fəzail Ağamalının bahalıq səbəbindən mövsümi meyvə ala bilməməsi ilə bağlı açıqlaması ciddi müzakirələrə səbəb olub.

Xatırladaq ki, Kamil Musəvi sonuncu növbədənkənar parlament seçkilərində Fəzail Ağamalıya rəqib olaraq namizədliyini 60 saylı Salyan-Neftçala seçki dairəsindən irəli sürmüşdü. 

Kamil Musavi 2015-ci ilin oktyabr ayında Naftalan, Talış kəndi istiqamətində gedən döyüşlərdə kəşfiyyat qrup komandiri vəzifəsində döyüş tapşırığı yerinə yetirərkən düşmənin naməlum minasının partlaması nəticəsində ayağını və gözünü itirib.



23.06.2022 15:02
176