“Fəvvarələr” meydanındakı bu tikili sökülür – FOTOLAR

“Fəvvarələr” meydanındakı bu tikili sökülür – FOTOLAR

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Başı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakının Səbail rayonunun Əhməd Cavad küçəsindəki (“Fəvvarələr” meydanı) qanunsuz tikilinin sökülməsinə və sakinlərin gediş-gəlişinə yaradılan maneənin aradan qaldırılmasına başlayıb.

Bu barədə Komitədən məlumat verilib.

Bildirilib ki, ərazidə yerləşən “Fontana” restoranına bitişik sahədə əlavə artırma işlərinin aparılması ikinci belə haldır. Belə ki, ötən ilin mart ayında Baş İdarə tərəfindən şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq nəticəsində oxşar faktla bağlı qanunsuzluğun qarşısı alınıb. Buna baxmayaraq, restoran sahibləri bu il ərazidə yenidən özbaşına tikinti-quraşdırma işləri aparıblar.

“Əlavə edək ki, mövcud qanunvericiliyə əsasən, ticarət və xidmət obyektlərinin fəaliyyətinə icazə verilməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətindədir. Sözügedən tikinti işləri Komitə ilə razılaşdırılmadığından söküntüsü müvafiq qaydada təmin edilir”, – açıqlamada vurğulanıb.

Qeyd edək ki, sözügedən problemlə bağlı ötən gün memar Elçin Əliyev sosial şəbəkə hesabında paylaşım etmişdi. Daha əvvəl də restoran rəhbərliyinin oxşar addım atdığını qeyd edən memar həmin qanunsuz tikili ilə piyadaların hərəkəti üçün çətinlik yarandığını bildirmişdi.  

474808814 9479996928686571 3633674568370039913 n “Fəvvarələr” meydanındakı bu tikili sökülür - FOTOLAR
474902706 9479996948686569 8345493905850706464 n “Fəvvarələr” meydanındakı bu tikili sökülür - FOTOLAR

Related Articles

Bir cavab yazın

Back to top button