Fevralın bu günləri ilə bağlı CİDDİ XƏBƏRDARLIQ
Yanvar ayı bitir və bir neçə günə fevrala qədəm qoyuruq. Astrologiya maraqlılarına fevral ayı üçün diqqətçəkən proqnozlar var.
Planetlərin yerləşməsi və göy cisimlərinin təsirləri bəzi günləri daha çətin enerjili edə bilər.
Qlobal.net diqqətli olmaq üçün aşağıdakı tarixləri təqdim edir:
Fevralın 9-u və 17-si: Bu günlərdə Merkuri və Saturn arasında qarşılıqlı təsir baş verə bilər. Bu isə işgüzar görüşlərdə anlaşılmazlıqlar və gecikmələrə səbəb ola bilər.
Fevralın 22-si: Marsın Ay düyünləri ilə mənfi bucağı emosional gərginliklərə və impulsiv qərarlara gətirib çıxara bilər.
Bu tarixlərdə stressi minimuma endirmək, meditasiya və sakitləşdirici fəaliyyətlərə üstünlük vermək tövsiyə olunur.