6654017138aac202405244345
Fəthullah Gülən barədə ŞOK MƏLUMAT yayıldı

ABŞ-ın Pensilvaniya ştatında yaşayan FETÖ lideri Fəthullah Gülənin qaçırıldığı və hətta öldüyünə dair iddialar ortaya atılıb.

Qlobal.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Gülənin yaxın qohumu Əbusələmə Gülənin iddiasına görə, FETÖ rəhbəri Pensilvaniyadakı evindən qaçırılıb. Onun sözlərinə görə, Gülən təşkilatın liderliyini ələ keçirmək istəyən Barbaros Kucakurt, Mustafa Özcan və Cövdət Türkyolu tərəfindən qaçırılıb.

FETÖ-yə bağlı “Herkul” səhifəsi yayılan iddiaları təkzib edib və məsələ ilə bağlı bəyanat yayıb.

Bəyanatda Gülənin səhhətinin yerində olduğu bildirilib.


27.05.2024 07:43
show 692