Festival deyildi, “möhtəşəm” biabırçılıq idi — Telli Pənahqızı
“Kaş ki, bütün gecəni yuxusuz qalıb bu boyda əziyyətlə o yolu
getməyəydim. Dağlara- festivalın keçırildiyi məkana qədər uzanan o
tozlu-torpaqlı yoldakı tıxacı görməyəydim, yuxarıda baş verən
hərc-mərcliyin şahidi olmayaydım. Aylardan bəri çəkilən zəhmətin bu
"möhtəşəm" biabırçılığın şahidi olmayaydım".
Qlobal.net xəbər verir ki, bunu telejurnalist Telli Pənahqızı deyib:
"Bilmədim bu festival idi, yoxsa ... Sonra nə istəsəniz yaza bilərsiz...
Gədəbəydə keçirilən festivalda iştirak etməmişdim.
Ancaq haqqında maraqlı və könülaçan rəylər yazmışdı həmkarlarım.
Hacıkənddə keçirilən 2- ci Yaylaq festivalına da elə bu təəssüratlara
güvənərək yola çıxmışdım. Üstəlik də, özümlə bərabər Qərbi Azərbaycan
İcmasının üzvlərindən bir neçə xanımı da həvəsləndirib aparmışdım.
Bir tərəfdən də, ağlımda uzun illər boyu qardaş Türkiyənin Bayburt
şəhərində keçirilən Dədə Qorqud şölənlərinin, Yaylaq bayramının
unudulmaz xatirələri, epizodları vardı.
Amma və lakin…
Bu festival deyildi...
Minlərlə insanın əsəbini korlayan, həyatını təhlükə altında qoyan,
yağışlı havada, tufanlı gecədə onları təbiətin şıltaqlığı ilə üzbəüz
qoyan, uşaqları, körpələri dağın başında, yağışın altında taleyin
ixtiyarına buraxan təşkilatçıların yarıtmaz işi barədə daha geniş bir
yazı olacaq."