Cəmiyyət

Fərqli Qız Adları Siyahısı: Uşağınıza Özəl Ad Seçimi

Uşağınıza ad seçmək valideynlər üçün ən vacib qərarlardan biridir. Xüsusilə qız uşaqları üçün fərqli, orijinal və mənalı ad tapmaq əksər hallarda çətin olur. Biz sizə həm nadir, həm də gözəl qız adlarının siyahısını təqdim edirik.

Qlobal.net bildirir ki, bu siyahı həm ənənəvi, həm də modern ad seçimlərinə uyğun hazırlanmışdır.

Nadir və Fərqli Qız Adları

  1. Aylin – Ay işığı mənasını daşıyan gözəl bir ad.

  2. Dəniz – Səmimi və təmiz mənası ilə unikal seçim.

  3. Lara – Qısa, təsirli və beynəlxalq səviyyədə tanınan ad.

  4. Nisa – Qadınlıq və incəlik simvoludur.

  5. Zümrüd – Qiymətli daş adından gələn, fərqli və prestijli bir seçim.

  6. Elara – Yunan mifologiyasından gələn, ekzotik səslənən ad.

  7. Mira – Qısa və mənalı; “möcüzə” və ya “gözəllik” mənasını verir.

  8. Selin – Axıcı, sularla əlaqəli mənası olan ad.

  9. İnci – Zərif və nadir bir ad, dəyərli daş simvolu.

  10. Alara – Modern və eyni zamanda mistik səslənən ad.

Beynəlxalq və Modern Qız Adları

  1. Sophia – Hikmət və zəkayı ifadə edən klassik ad.

  2. Isla – Qısa, yaddaqalan və asan tələffüz olunan ad.

  3. Elena – Gözəl və melodik səslənən Avropa adıdır.

  4. Aria – Musiqi termini olaraq da istifadə olunur; xoş səslənir.

  5. Amara – “Əbədi” mənasını verir, həm fərqli, həm də güclü ad.

  6. Lyra – Ulduzlarla və musiqi ilə bağlı mənası var.

  7. Vera – Sadə, lakin təsirli və mənalı ad.

  8. Nova – “Yeni ulduz” mənasını verir, çox nadirdir.

  9. Elif – Türk mənşəli, incə və qısa bir ad.

  10. Sienna – İtalyan mənşəli, rəng və təbiətlə əlaqəli bir ad.

Təbiət və Təbii Elementlərlə Bağlı Qız Adları

  1. Günay – Günəş və ay işığını ifadə edən poetik ad.

  2. Lalə – Baharın və təbiətin rəmzi olan çiçək adı.

  3. Yağmur – Təbii və mənalı bir seçim.

  4. Səma – Boş və geniş, ucalığı ifadə edir.

  5. Çiçək – Sadə, lakin təsirli və klassik ad.

  6. Narmin – Narın incəliyi və gözəlliyi simvoludur.

  7. Bahar – Yenilənmə və həyat simvolu.

  8. Şəfəq – Gün doğumunun romantik mənasını daşıyır.

  9. Duru – Saf və təmiz mənalı ad.

  10. Nilay – “Ayın işığı” mənasında çox nadir və gözəl seçim.

    Bir neçə fərqli ad daha:

    Lavin – love in. “İçində sevgi daşıyan” deməkdir. Yaxınlarımdan biri sonralar digər variant kimi Laviniya da təklif etmişdi (Rumıniyada belə ad var). Amma məncə Lavin daha qısadır və şirin səslənir, hərflər də yumşaqdır.

    Linda – daha bir yumşaq addır, Avropa mənşəlidir.

    Ester – mənası “ulduz“ deməkdir (star sözü ilə oxşarlığı hiss etdinizmi?). Qədim addır, qısadır, mənşəcə İran adıdır. Amma daha çox yəhudilər arasında istifadə olunur.

    Dinara – deyilişi gözəldir. Zənginlik, pul mənasını verir. Dinar adı qısa olsa da, bir az kobuddur. Dinara isə (sonda A hərfinin artırılması) bir qədər harmoniya yaradır.

    Darina – Rusiyada bəlkə də bu adı eşidə bilərsiniz, qədim slavyan adıdır. Mənası Allahın verdiyi, istedad, vergi («дар», «дарованная», «подаренная») kimi tərcümə oluna bilər.

    Eden – Adəm və Həvvanın yaşadığı cənnət bağının adı Eden (Ədən) gedir. Qısadır, deyilişi nə çox sərtdir, nə də çox yumşaqdır.

    Negin – İran mənşəli bu ad çox şirindir, mülayimdir, xoş səslənir. Mənası qiymətli daş deməkdir.

    Hülya – tərkibində Ü hərfi olsa da, bu adı bəyənirəm. Mənası xəyal, fantaziya deməkdir. Qız üçün yaraşan addır.

    Dansu – bizim favorit adlarımızdan biri.

    Elza – qısa, sadə, dünyanın istənilən dilində rahat tələffüz oluna bilən addır.

    Minu (cənnət) – fars dilində mənası “cənnət” deməkdir. Qəşəngdir, şuxluq var adda. Amma ad məndə multfilm qəhrəmanı fikri oyatdığı üçün sonra imtina etdim.

    Lavita – la+vita (italyanca həyat deməkdir). Həmçinin içində love sözü də gizlənibdir. Bəyəndiyim ad idi. Lakin özümdən başqa heç kim bu adı istəmədi, ona görə imtina etdim. Amma yaxşı variantdır.

    Arya – son zamanlar Bakıda populyarlaşamağa başlayır. Özüm çox bəyənməsəm də, istifadə etməyə dəyər.

    Beril, Berin – Beril qiymətli daşdır. “Bu adı daşıyan qız fərqli, sakit, çox ağıllı adam olmalıdır” fikri var məndə sanki. Oxşar ad kimi Berin də olar.

    Humay – Deyilişi də gözəldir, mənası da. Qədim türklərdə səadət, xoşbəxtlik gətirən qadın ilahənin adından götürülüb deyilənə görə. Qızım doğulana qədər short-listdə ən axıra qalmış 3 addan biri idi.

    Mehri, Mehin – Mehriban kimi uzun olmasa da, eyni mənanı verən bu adlar dəbə düşür. Gözəl adlardır. Qədim fars və hind dillərində “mehr” istilik, mülayimlik deməkdir.

    İndira – Sovet vaxtı Bakıda bir çox qızlara bu ad qoyulurdu. İndira Qandidən sonra bir çox ölkələrdə dəbə minirdi. İndi nə Qandi var, nə də sovet dövrü. Amma adın özü içində enerji daşıyır. “Bu adı daşıyan qız sanki güclü, enerjili, çətinliklərə dözən, ambisiyalı, böyük işlər görən adam olacaq” fikri yaradır məndə.

    Priya – əgər bu adı oxuyanda rus dilindəki “приятный” sözü yadınıza düşdüsə, təbrik edirəm. Həm rus dili, həm də qədim sanskrit dili Hind-Avropa dil ailəsinə aiddir, ona görə də ortaq sözləri çoxdur. Bu hind adı yumşaq, xoşagələn, sevimli qızlar üçündür.

    Larisa – çox adam elə bilir ki, rus adıdır (elə ona görə də bu adı qoymaqdan çəkindirdilər), əslindəsə yunan sözüdür, mənası qağayı deməkdir. Adda L, R hərfinin olması şirinlik qatır, a və i hərfləri də həmahəngdir. Bu adın Bakıda populyarlaşmasını istəyərdim.

    Avrora – mənası yaxşıdır: “şəfəq”, “sübh zamanı çıxan işığı” bildirir. Qədim yunan ilahəsinin adından götürülüb. Mənasını bəyənsəm də, обжора  sözünə oxşarlığı və 1917-ci ildə Rusiyada Oktyabr inqilabının məhz Avrora gəmisindən başlaması ürəyimə yatmadı.

    Darlin – ingilislərin darling (sevgili, yar) sözünə oxşayır.

    Milada– çex dilində mənim sevgim (“my love”) deməkdir. Qədim slavyanlarda sevgi tanrıçasıdır. İdeal adlardan biridir: bir tərəfdən adda şirinlik var, (əvvəlində), o biri tərəfdən də adın sonunda sərtlik, möhkəmlik var. Dünyada ən çox yayılmağa haqqı çatan adlardan biri olmalıdır məncə.

    Heliya – mənası Günəş qızı deməkdir. Xalamqızı Nigar yunanların “Helios” (günəş deməkdir) sözünü götürüb bir qədər fərdiləşdirdi. Gözəl addır.

    Aysedora – uzundur, amma deyilişində melodiya var sanki. Ad sanki oynayır. Elə bu adı daşıyan Aysedora Dunkan da rəqqasə olub əslində. İspanca əsl versiyası İsidora olub. Uzun olması səbəbindən sonradan bu adı çıxdım. Amma kim istəsə, bu uzun və “muzıkalnı” adı işlədə bilər.

    Vedaliya – bilici qız kimi tərcümə oluna bilər, “kəşf etdiyim“ adlardan biridir. Qısa variantı kimi Vedina da ola bilər. Dedilər ki, guya “ведьма“ adına oxşayır. Əslində elə rus dilində də ведать feli var (bilmək, informasiya, insayt daşımaq).

    Fidan
    Qlobal.net

Related Articles

Bir cavab yazın

Back to top button