Siyasət

Fərid Əsgərov kimdir? – FOTO

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Bəylər Əyyubova yeni müavin təyin edilmiş polkovnik Fərid Əsgərov Azərbaycan Milli Karate Federasiyasının sabiq I vitse-prezidentidir.

O, “Paşa Holdinq”də işlədiyi vaxtda – 2017-ci ildə Yaşar Bəşirovun prezidenti olduğu Azərbaycan Milli Karate Federasiyasının I vitse-prezidenti seçilib.

Federasiyanın indiki “ASK Arena”da yerləşən ofisində keçirilmiş səsvermə prosesində sabiq gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, nazirliyin sabiq İdman şöbəsinin müdiri Fərid Mansurov və Azərbaycan Karate Federasiyaları Assosiasiyasının (indiki Azərbaycan Karate Federasiyası) prezidenti Ülvi Quliyev də iştirak edib.

F.Əsgərovun əsas məqsədi Tokio Olimpiadasında debüt etməyə çalışan idman karatesinə (WKF) maliyyə ayırmaq olub. O, 2023-cü ilədək bu vəzifədə çalışıb.

Qeyd edək ki, Fərid Əsgərovun qardaşı Əli Əsgərov isə 2022-ci ildən Bakı İdman Sarayının direktorudur. (prosport.az)

WhatsApp Image 2025 02 25 at 22.47.11 (1)
trend karate 191217 01
trend karate 191217 02
trend karate 191217 06
trend karate 191217 07
trend karate 191217 09
trend karate 191217 11
trend karate 191217 12
trend karate 191217 13
trend karate 191217 14
trend karate 191217 15

Related Articles

Leave a Reply

Back to top button