Aprelin 29-da məşq zamanı aldığı xəsarətlər nəticəsində həyatını itirən 7 yaşlı Fərid Bakarovun atası Revaz Bakarov məşqçi Mehman Xəlilovun evinə hücum edib.
Qlobal.net xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.
Qeyd edək ki, Sumqayıtda 7 yaşlı uşağa xəsarətlər yetirərək ölümünə səbəb olmaqda ittiham olunan idman müəllimi Mehman Xəlilovun barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə qərar Sumqayıt Şəhər Məhkəməsinin hakimi Elçin Məmmədovun sədrliyi ilə keçirilən iclasda elan olunub. Qərara əsasən, M.Xəlilovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Həmin görüntüləri təqdim edirik:
(metbuat.az)