Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədovun işində yeni təfərrüatlar üzə çıxıb.
Onun casusluq versiyası üzrə təqsirləndirildiyi və Azərbaycana qarşı topladığı informasiyaları xaricə ötürdüyü iddia olunur.
Bu barədə informasiya Azərbaycanın tanınmış Telegram kanallarında yer alıb.
Mənbə yazır ki, bu illər ərzində Əhmədov pulun hesabına geniş informasiya şəbəkəsi yaradıb.
Bu siyahıda tanınmış şəxslər, sənət adamları, “ziyalılar” və media rəhbərləri də olub.Onlar 44 günlük müharibənin gedişi ilə bağlı yüksək rütbəli
zabitlərdən aldıqları informasiyaları Əhmədova ötürüblər. O isə öz
növbəsində toplanılan səs yazılarını, audio və video faylları Rusiyaya
verib.
İddia olunur ki, artıq xüsusi xidmət orqanlarında Əhmədova
məlumat verənlərin siyahısı da var, hətta o şəxslərin adlarının
açıqlanacağı bildirilir.
Mənbə bildirir ki, “Yeri gəlmişkən, mərhum polkovnik Babək Səmidlinin
müharibə ilə bağlı danışdığı söhbətinin lent yazısı da Fərhad Əhmədovla
söhbəti idi. Əhmədovun isə sonradan bunu sızdırıb-sızdırmadığını
bilmirəm. Amma bilirəm ki, Əhmədov və onun dostları həbs olunacaqlar və
uzun müddət həbsdə qalacaqlar”, deyə mənbə fikrini yekunlaşdırıb. (bizimmedia.az)