2017-ci ilin oktyabrın 23-də həbsdən qaçan "Qoca" ləqəbli kriminal avtoritet Etibar Məmmədovun bu zamana kimi heç yerdə yayılmayan kadrları ortaya çıxıb.
Qlobal.net həmin kadrları təqdim edir:
Xatırladaq ki, "Qoca"nın həbsdən qaçması üçün müğənni Fədayə Laçın yardım etməkdə təqsirləndirildiyi üçün məhbus həyatı yaşamalı oldu. Avtoritet isə polisə göstərdiyi silahlı müqavimət zamanı zərərsizləşdirilmişdi. Müğənninin "Qoca" ləqəbli Etibar Məmmədovla sevgili olduqları da hadisədən sonra ortaya çıxmışdı.
Müğənni sosial şəbəkədəki hesablarındakı paylaşımlarında tez-tez sevgilisinin həbsxanada olduğuna işarə vururmuş. O, hətta, Feysbukda paylaşdığı statusda "Səni zindanda görən ağlasın..." ifadəsini yazması ilə diqqət mərkəzinə düşmüşdü. (milli.az)