Müğənni Fədayə Laçının toyda başına iş gəlib.
Qlobal.net bizim.media-ya istinadən bildriir ki, sənətçi qonaq olduğu "El canlı" axşam şousunda bildirib ki, məclislərin birində bir şəxs onun səsini batırıb.
Fədayə səsini batıran şəxsin kimliyini açıqlamayıb: "Bu yaxınlarda
toyların birinə dəvət almışdım. Səsim "işləmədi". Nəticədə məclisdə
yalnız 2 saat oxuya bildim. Ev yiyələri sağolsunlar xətrimə də
dəymədilər, qonorarımı da verdilər.
Saat 19:00-da toy başladı. Oxumağa başlayanda hiss etdim ki, səsim
"işləmir". Səs nə qədər "işləməsə" də toylarda musiqiçi dostlarım
sözlərimi təsdiqləyərlər, biz 6 saat oxuyuruq. Amma bunu heç kim hiss
etmir. Amma səsimin "işləməməsinin" yoruğunçuluqla əlaqəsi yox idi. Nə
isə səsimə etmişdilər. Sonradan bildim kimin nə etdiyini. Bu haqda
danışmayacağam. Toyda qadınlar da mənə söylədilər ki, bu filankəsin
işidir".