Pandemiya dövründə oğlu ilə Rusiyaya köçən müğənni Fədayə Laçından xəbər var. Yenisabah.az xəbər verir ki, ifaçı yay istirahətini oğlu Əlhəmlə birgə Türkiyədə keçirir.
Qardaş ölkədə lunaparka üz tutan müğənni görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Atraksionlara minərək əylənən F.Laçın bəzi attraksionlara minməyinə icazə verilmədiyi üçün gileylənib: "Yeləncəyə də minmişdim. Lakin məni bu attraksiona minməyə qoymadılar. Dedilər ki, bu, 50 yaşlı arvadlar üçün deyil, uşaqlar üçündür".
Onun bu paylaşımı pərəstişkarlarının gülüşünə səbəb olub.
Həmin görüntüləri təqdim edirik: