20.04.2021
22:33
504

Fədayə Laçın bunu da etdi

Loading...

Tanınmış müğənni Fədayə Laçın izləyicilərini təəccübləndirib.

Qlobal.net yenisabah.az-a istinadən xəbər verir ki, uzun müddətdir Moskvaya gedən və fəaliyyətini orada davam etdirən sənətçi şeir yazıb.

O, sosial şəbəkə hesabında öz şeirini təqdim edib:

"Kaş bir ömür tək olum

İnsanları uzaqdan

sevmək daha gözəldir.

Bir ömür də cəmisi

Payızda topladığın

İki ovuc xəzəldir.

Ömrümün gecələri

Gündüzlərdən işıqlı,

Sehirlidir, özəldir.

Bir də bu fikirdəyəm,

Ölüm də ən azından

Həyat qədər gözəl.

Xatırladaq ki, müğənni F.Laçın xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş "Qoca" ləqəbli Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağaminin qatardan qaçmasına görə həbs edilmişdi. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.


Loading...