Fazil Mustafaya sui-qəsd edənlərin kimliyi bəlli oldu - ADLAR (FOTO)
Millət vəkili Fazil Mustafaya qarşı törədilən sui-qəsdlə bağlı 6 nəfər saxlanılıb.
APA-nın əldə etdiyi xəbərə görə, cinayət işi üzrə 6
nəfərin saxlanıldığı və digər şəxslərlə bağlı araşdırmaların aparıldığı
məlum olub.
Qeyd edək ki, martın 28-də saat 21:51-də Azərbaycan
Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna
yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1
qəsəbəsi, Babək küçəsi ev 2 "Z” ünvanında "Kalaşnikov” konstruksiyalı
avtomat silahından atəş açılaraq terror aktı törədilib.
Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.
Faktla bağlı Azərbaycan Respublikası Dövlət
Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin
277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi
fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə
onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir
qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt
hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə)
maddələri ilə cinayət işi başlanılıb.
***Milli
Məclisin üzvü Fazil Mustafaya qarşı törədilmiş silahlı hücumun
iştirakçıları olduqları iddia edilən şəxslərin kimliyi məlum olub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Baku ES" Telegram kanalı yayıb.