642f2159eae6a202304234529
Fazil Mustafa ona edilən hücumu ANBAAN DANIŞDI: "Dəhşətli parıltı gördüm" - VİDEO

Terror aktı zamanı yaralanan millət vəkili Fazil Mustafa hadisənin təfərrüatlarını REAL TV-yə danışıb.

Qlobal.net xəbər verir ki, deputat tanınmış jurnalist Mir Şahin Ağayevə həmin gün axşam dostları ilə birgə restoranda iftar etdiyini bildirib. Onun sözlərinə görə, terror hücumu isə restorandan çıxıb evə gələn zaman baş verib.

“Mənim ümumiyyətlə, sürücüm olmayıb. Belə təklif olanda da istəməmişəm. Evə yaxınlaşarkən heç bir şübhəli məqam hiss etmədim. Bizim darvaza pultla açılır. Evə yaxınlaşana yaxın pultu basdım. Dedim, qapı açılana qədər qardaşıma zəng edim.

Evə gəlməyimin səbəbi də o idi ki, axşam namazını evdə qılım. Qapını pultla açdım, bu vaxt telefonu əlimə götürəndə dəhşətli parıldı gördüm. Bunun avtomat olduğunu düşünmədim, elə bildim telefonum partladı. Deməli, güllə maşının qapısından keçib ayağıma dəyib.

Birdən ağlıma gəldi ki, mənə atəş açırlar. İkinci atəş də maşının içində çiynimi tutdu. Darvaza bağlı olsaydı, sürüb geri gedəcəkdim. Amma sui-qəsdi törədənlərin neçə nəfər olduğunu bilmirdim”, - deyə Millət vəkili bildirib.

Həmin müsahibəni təqdim edirik:


06.04.2023 23:44
show 1109