vəfat

Fatma Abdullazadənin qızı gənc yaşda vəfat etdi - FOTO

Azərbaycan Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin keçmiş müdiri Fatma Abdullazadəyə ağır itki üz verib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, onun qızı Məryəm Ələkbərli 33 yaşında vəfat edib.

Onun ölüm səbəbi hələlik məlum deyil. Yaxınların sözlərinə görə, gənc rəssam qəfil dünyasını dəyişib.

M.Ələkbərli Azərbaycanda və xaricdə gənc rəssam kimi məşhurlaşmışdı. Onun əsərləri BƏƏ, Yaponiya, ABŞ, Fransa da daxil olmaqla 43 ölkədə nümayiş etdirilib.

2014-cü il oktyabrın 30-da Latviyanın paytaxtındakı "Riqa birjası” Rəssamlıq Muzeyində təşkil olunan sərgidə bir çox tanınmışlarla yanaşı F.Abdullazadənin özü də iştirak edib.

Xatırladaq ki, Fatma Abdullazadə 1993–2005-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsinin müdiri, 2005–2017-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifələrində çalışıb.

16.02.2025 00:36
show 4713