Fast food yeməmək üçün 7 səbəb

Fast food yeməklərinin insanlara bir çox ziyanı var.
Qlobal.net bildirir ki, bu cür yeməklər tez hazırlanır və dadlı olsa da, sağlamlıq üçün çox zərərlidir. Əsas ziyanları bunlardır:
1. Piylənmə (artıq çəki):
Fast food yeməkləri çox miqdarda yağ, şəkər və kalori ehtiva edir. Tez-tez yeyildikdə bədəndə artıq yağ toplanır və kökəlməyə səbəb olur.
2. Ürək-damar xəstəlikləri:
Bu yeməklərdəki trans yağlar və xolesterin qan damarlarını tıxayaraq ürək xəstəliklərinə yol aça bilər.
3. Qan təzyiqinin artması:
Fast foodlar çox duzlu olur. Həddindən artıq duz qəbulu qan təzyiqinin yüksəlməsinə səbəb olur.
4. Həzm problemləri:
Qızardılmış və yağlı qidalar mədəyə ağır gəlir, həzm sistemində pozğunluqlar yaradır.
5. Dəri problemləri:
Fast food yeyən insanlarda sızanaq və digər dəri problemləri daha çox müşahidə olunur.
6. Vitamin və mineral çatışmazlığı:
Bu yeməklər orqanizmə lazım olan vitamin və mineralları təmin etmir, immun sistemini zəiflədir.
7. Asılılıq yaradır:
Dadverici maddələrə görə fast food yeməkləri beyində “xoşbəxtlik hormonu”nu artırır və insan bu yeməkləri tez-tez yemək istəyir.
Emin Əzimoğlu
Qlobal.net