6536765a2aa16202310233418
Faiq Ağayevdən ŞOK AÇIQLAMA: "Rəhim Rəhimlinin həyatını o puç etdi"

Xalq artisti Faiq Ağayev teleproqramlardan birində mərhum müğənni Rəhim Rəhimli və onun həyatını puç edən həmkarı barədə danışıb.

Qlobal.net lent.az-a istinadən bildirir ki, xalq artisti onunla Rəhim Rəhimlinin arasını vurmağa çalışanlardan söz  açıb.

"Rəhim Rəhimli ilə aramızı vurmağa çalışanlar oldu. Maqazin proqramlarından birində onun "Kimlər gəldi, kimlər getdi" mahnısı ilə mənə söz vurduğunu dedilər, Rəhim sualı cavabsız qoydu. Bununla da ara qızışdı. 

Özünə zəng vurdum, dedi ki, boş ver dostum, mahnını sənə aid etməmişəm. Məsələ ilə bağlı məndən soruşanda, sərt çıxış etdim. Çıxışımın efirə getməsindən 20 dəqiqə sonra Rəhim zəng edib, söylədi ki, mən nə boyda qələt eləmişəm. Bilsəydim ki, söhbət belə qızışacaq, deyərdim  mahnının Faiq Ağayevə aidiyyatı yoxdur. O heç  zaman qanacağından və mərifətindən qalmazdı.

Bilirəm, Rəhimin elə çıxış etməyinin səbəbi nə idi, onu kim qızışdırmışdı. Həmin şəxs Rəhimin dəfn mərasimə gəlib, "timsah göz yaşı" tökürdü. Halbuki, onun ən böyük düşməni o insan idi. Rəhimin həyatını puç etməyə çalışan insanlar gəlib onun dəfnində yalandan ağlayırdılar. Rəhimə etdiklərinə görə mütləq məsuliyyət daşıyacaqlar", - o bildirib.

Rəhim Rəhimli 2022-ci il sentyabrın 30-da ürək çatışmazlığı  və qaraciyər sirrozu xəstəlikləri səbəbindən vəfat edib.

23.10.2023 17:32
show 10366