
Xalq artisti Faiq Ağayev bir müddət öncə müğənni Kəmalə Günəşlinin Xalq artisti Aygün Kazımova və sənəti haqqında dediklərinə münasibət bildirib.
Qlobal.net xəbər verir ki, o, Zaur Kamalın verilişində qonaq olarkən ad çəkmədən həmin müğənniyə tutarlı cavab verib:
“Görəndə ki, hansısa dünən oxumağa başlayan müğənni sənəti olan, illərini sənətə həsr edən müğənniyə biz “youtube”də yan-yana gedirik deyir, əsəbləşirəm. Sən “youtube” baxışına görə onunla yan-yana gedirsən. Hörmətə görə, Azərbaycan musiqisinə verdiyin töhfələrə görə getmirsən. Bu, müvəqqəti bir şeydir. Zaur bu verilişin “youtube”da 40 milyon baxış yığması üçün pul buraxsa, iki günə də olmasa, bir həftəyə bunu edə bilər. Bu, saxtakarlıqdır axı. Əsas göstərici, müğənni harada olrsa-olsun, mahnılarının dillər əzbəri olmasıdır. Əgər sən “cik” edib “mən də varam, Bağdadda heç kor xəlifə də yoxdur” deyirsənsə, vay halına”.
Qeyd edək ki, K. Günəşli açıqlamasında “Aygün Kazımovanın nə boyda sənəti var ki?! O, estrada janrının ifaçısıdır. Muğam bilir, nə bilir? Yeri gəlsə, mən muğam da oxuyuram, estrada da ifa edirəm. Muğama getmişəm, hər şeydən anlayışım var. İnsan seviləndə diva olur. Yəni onu bilin” deyib.