647eee7dcb4d9202306232949
Fahriye Evcenin doğum günündən FOTOLAR

Türkiyəli aktrisa Fahriye Evcen doğum gününü qeyd edib.

Bu barədə onun aktyor həyat yoldaşı Burak Özçivit paylaşım edib.

“Sevgilim, yaxşı ki... Neçə belə illərə çıxasan. Səni sevirəm və sevirik”, -  deyə o, 37 yaşını qeyd edən aktrisanı təbrik edib.

F. Evcen B. Özçivitə “mən də səni və sizi çox sevirəm”, - deyə cavab verib.

Fotolarda, həmçinin cütlüyün 4 yaşlı oğlu Karan görüntülənib. Lakin 5 aylıq Keremin üzü gizlədilib.

Qeyd edək ki, cütlük 2017-ci ildə ailə həyatı qurub. (qafqazinfo)










06.06.2023 12:28
show 504