675d4f44d0f4c202412242628

Faciəvi şəkildə ölən Elnurə məşhur bankın işçisi imiş

Xəbər verdiyimiz kimi, dekabrın 11-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 1994-cü il təvəllüdlü Elnurə Vilayət qızı Abbasova dəm qazından boğularaq vəfat edib.

Qlobal.net xəbər verir ki, E.Abbasova "Expressbank"ın əməkdaşı imiş. O, 2 ildən artıq idi ki, bankın marketinq şöbəsində marketinq meneceri vəzifəsində çalışırmış.

Qeyd edək ki, keçmiş "Qafqaz" Universitetinin (hazırkı Bakı Mühəndislik Universiteti) məzunu olan E.Abbasova Bakıxanov qəsəbəsi, Ü.Hacıbəyov küçəsində yaşadığı mənzildə bədbəxt hadisənin qurbanı olub. (publika.az)

14.12.2024 13:25
show 153