Faciəli şəkildə ölən gömrük əməkdaşının FOTOSU

Şabran rayonunda Dövlət Gömrük Komitəsinin əməkdaşları qəzaya düşüb. Hadisə nəticəsində 1994-cü il təvəllüdlü Əmirli Vahid Seymur oğlu həlak olub.

Qlobal.net xəbər verir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, V.Əmirli Samur Gömrük Postunun mühafizə şöbəsinin əməkdaşı olub.

1215215 Faciəli şəkildə ölən gömrük əməkdaşının FOTOSU

***

Şabran rayonunda baş verən ağır yol qəzasında bir nəfər ölüb, üç nəfər yaralanıb.

Qlobal.net “Report”a istinadən xəbər verir ki, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Dəvəçi kəndindən keçən hissəsində “SHACMAN” markalı yük maşını ilə “Mercedes” markalı minik avtomobili toqquşub.

Belə ki, hadisə nəticəsində Bakı şəhər sakinləri 1989-cu il təvəllüdlü Vəliyeva Pəri, 1995-ci il təvəllüdlü Seyidağa Səmədov və 1984-cü il təvəllüdlü İlqar Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qəza zamanı aldığı xəsarətlərdən ölən 1994-cü il təvəllüdlü Əmirli Vahid Seymur oğlunun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.

Qəzaya düşənlərin Gömrük Komitəsinin əməkdaşları olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Back to top button