67b072dd880e3202502255629

Faciəli şəkildə ölən cütlüyün YENİ GÖRÜNTÜLƏRİ - İki həftəyə... - VİDEO

Bir neçə gün öncə dəm qazından vəfat edən Arif Qurbanov və 8 aylıq hamilə xanımı Aytən Qurbanovanın yeni görüntüsü yayılıb.

Qlobal.net xəbər verir ki, yaxınları Aytən Qurbanovanın iki həftə sonra ana olacağını bildirib.

Fərdi evdə yaşayan cütlük yaxınları tərəfindən evdə ölü tapılıb.

Məlumata görə, A.Qurbanov 44 günlük Vətən müharibəsində könüllü iştirak edib. O, “Qubadlının azad olunmasına” görə və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. (qafqazinfo)


15.02.2025 14:54
show 796