67af4655ca35d202502253413

“Əxlaqsız” və “ədəbsiz” eks-səfir: Rafael İbrahimov kimdir? - FOTOLAR

Azərbaycanın Böyük Britaniyadakı keçmiş səfiri Rafael İbrahimov Londonun Çeşir bölgəsidə reabilitasiya klinikasının 3 qadın əməkdaşına qarşı seksual hərəkətlər etməkdə ittiham olunub.

Qlobal.net xəbər verir ki, hadisənin 2023-cü il dekabrın 5-də sabiq səfirin klinikada müalicə olunduğu zaman baş verdiyi iddia olunur. 

Vəkil Devid Temkin bildirib ki, həbs cəzası İbrahimovun ailəsinə, xüsusilə də paytaxtda şirkətin baş icraçı direktoru vəzifəsində çalışan qızına ciddi təsir göstərə bilər:

"Bu rolu öz üzərinə götürə biləcək başqa heç kim yoxdur".

Məhkəməfə hakim Patrik Tompson onun hərəkətlərini "əxlaqsız" və "ədəbsiz" adlandırsa da, 60 yaşlı və əvvəllər heç bir məhkumluğu olmayan bir şəxs üçün bunun xarakterik olmadığını bildirib.

Hakim İbrahimovu 16 ay şərti cəza ilə iki il sınaq müddəti, 20 günlük reabilitasiya proqramı və 200 saat ictimai işlə cəzalandırıb. O, 10 il müddətinə cinsi cinayətkarlar siyahısına daxil ediləcək.

Rafael İbrahimovla bağlı bu qalmaqaldan sonra onun personasına marağın yaranması təbiidir.

BDU-nun Şərqşünaslıq fakültəsini ərəbşünaslıq və ərəb ədəbiyyatı ixtisası üzrə bitirmiş eks-diplomatın uzun karyerası var: Yəmən və Əlcəzairdə tərcüməçi işi, 2001-2007-cvi illərdəAzərbaycanın Böyük Britaniyada, 2002-2013) Norveçdə, 2008-2013-cü illərdə Finlandiyada və İsveçdəki səfiri və s.

Rafael İbrahimov 2014-cü ildə səfir vəzifəsindən geri çağırılıb və Azərbaycana qayıtmayaraq, Britaniyada məskunlaşıb.

Diplomatik fəaliyyəti bitdikdən sonra o, Qlobal Dəyişikliklər üzrə Toni Bler İnstitutunun məsləhətçisi vəzifəsində işləyib.

Daha sonralar eks-diplomat "Sellier Knightsbridge"də əməliyyat direktoru olub. Oğlu Ayaz Rafael İbrahimov da eyni geyim və aksessuar şirkətində çalışır. O, ögey bacısı Hannuşka Toni ilə birlikdə "Kings College"də hüquq fakültəsini bitirib və hr ikisi şirkətin həmtəsisçiləridir.


14.02.2025 17:32
show 934