65b7b0f514c89202401240645
“Əvvəllər “Həci” deyəndə ağıla müqəddəs torpaqlar gəlirdisə, indi Şəbnəm gəlir” - VİDEO

Aktyor Fərda Aminin müğənni Şəbnəm Tovuzlu ilə bağlı dilə gətirdiyi zarafat ifaçını qıcıqlandırıb. 

Qlobal.net bizim.media-ya istinadən bildirir ki, Fərda Şəbnəmlə qonaq olduğu "Xəbər-ətər" verilişində "Həci"dən söz açıb: 

"Həci" deyəndə bir zamanlar hamının ağlına müqəddəs torpaqlar gəlirdi, indi isə Şəbnəm Tovuzlu gəlir. Bu zarafatı verilişimdə edəcəkdim. İnşallah, Şəbnəmin xətrinə dəyməz. Şəbnəmin kod adı "Həci"dir. Əgər Şəbnəmlə bundan gözəl zarafat edən olsa, ondan üzr istəməyə hazıram. Sən mahnı oxuyursan, mən də söz yazıram. Burada nə var ki?", - deyə Fərda vurğulayıb. 
Bunları eşidən Şəbnəm F.Aminə "bu adama nə deyim, dostumdur da. Ona görə bu dəfə keçirəm. Həddini aşmadan, sərhədi keçmədən zarafat etmək olar, burada nə var ki? Bunu Coşqun-Rafael də etmişdi. Gülmüşdük. Hər şey normada olanda incimirəm, zarafatı qəbul edirəm. Amma hər şey qaydasında" cavabını verib. 


29.01.2024 18:06
show 783