"Əvvəl arvadı pis yola düşən kişi gizlənərdi, indi efirə çıxır" - Nigar TV-ləri tənqid etdi
Əməkdar artist Nigar Şabanova Azərbaycan televiziyalarını kəskin tənqid edib.
Qlobal.net xəbər verir ki, o "instagram” hesabının hekayə bölməsində paylaşdığı yazı ilə gündəmə gəlib.
İfaçı televiziyalardakı verilişlər haqda deyib: "Efirlərimiz niyə bu günə qaldı? Kanallar hamısı bir-birinin
bəhsinə girərək reytinq xatirinə nə tərbiyəsizliklər etmirlər daha?
Küçədə sanki axmaq insanlar dava edir, küçədə qışqırıq olanda polis
əməkdaşları nəzarət edir, lazımlı ölçü götürür. Efirlərdəki
tərbiyəsizliyə heç kim nəzarət etmir.
O deyib ki, efirlərə layiq olmayan şəxslər dəvət olunur: "Namusunu itirən, analığını unudan, kişiliyini bilməyən hamı efirdə
qışqırır, bir- birinin üstünə hücum çəkir, pis sözlər deyir. Televiziya
mədəniyyət ocağıdır. Budur Azərbaycan mədəniyyəti?! Bu biabırçılığa nə
zaman son qoyulacaq?"
Bütün bunların reytinq yığmaq üçün bir vasitə olduğunu deyən Şabanova xalq artistlərinə də səslənib: "Reytinqə görə artıq sizdən hər axmaq hərəkət gözlənilir. Xalq
artistləri, başınız qarışıb pul qazanmağa, sevgiliyə, biriniz ayağa
qalxıb danışmırsınız ki, axı o efirlərə biz də çıxırıq. Düz söz
danışanda da olursan pis adam. Budur Azərbaycan qeyrəti, namusu, əxlaqı?
Əvvəl arvadı pis yola düşən kişi gizlənərdi, indikilər efirə çıxıb
deyir söyün papağıma. Azərbaycanın kişiləri bunlar deyil, bizim
kişilərin qeyrəti, namusu şərəfi var. 44 günlük müharibədə Azərbaycan
kişisi özünü göstərdi. Pisləri niyə çıxardırsınız ora? Bazardır elə bil.
İndi görün ki, namus, qeyrət peşəylə deyil, qanla bağlıdır. Müğənnilərə
şükür!”