654f1868ad2c7202311230008
Evli qadınla sevgili olan kişini ağaca bağlayıb...

Hindistanda kişi evli qadınla münasibətdə olduğu üçün ağaca bağlanaraq döyülüb.

Qlobal.net lent.az-a istinadən bildirir ki, Carxand əyalətinin kəndlərindən birində yaşayan gənc qadının əri işləmək üçün xaricə gedib. Sonra onu atıb doğma şəhərinə qayıdıb. Bu zaman da qadın özünə yeni sevgili tapıb. Yeni sevgilisi gecə saatlarında qadına gizli qonaq gəlirmiş. Lakin günlərin birində qadının qonşuları və qohumları diqqət çəkib.

Onlar kişini evə girənə qədər gözləyiblər. Sonra içəri girərək, sevgililəri "narahat vəziyyətdə" tapıblar. Bundan sonra kəndlilər gecə qonağı olan şəxsi tutaraq ağaca bağlayıb və döyməyə başlayıblar. Qadın polisə müraciət etsə də, sonradan qonşularına və qohumlarına qarşı rəsmi ittiham irəli sürməyib.

Daha sonra kəndlilər məclisə toplaşaraq, kişinin öz sevgilisi ilə evlənməyə borclu olduğuna qərar veriblər. Qadının ailəsi bu qərarı dəstəkləsə də, sevgilisinin yaxınları buna əməl etməyib. Bu hekayənin necə bitdiyi bildirilmir.

11.11.2023 09:59
show 3004