6650b2bd210b6202405243109
Evli olan azərbaycanlı aktyorların səhnə performansı GÜNDƏM OLDU - VİDEO

Tanınmış aktyorlar Elvin Ağayevlə xanımı Elvina Atakişiyeva müğənniliyə başlayıblar.

Qlobal.net Milli.az-a xəbər verir ki, sevilən cütlüyün paytaxt məkanlarının birində səhnə performanı müzakirələrə səbəb olub. Onların şousu maraq doğurub. Sosial şəbəkə istifadəçiləri müxtəlif fikirlərlə sözügedən videoya şərhlər yazıblar.

Bəziləri aktyorun xanımının geyimini və rəqsini tənqid edərək yaraşdırmayıblar, məşhur ailəyə dəstək verənlər də az olmayıb.

Xatırladaq ki, aktyor Elvin Ağayev bir müddət əvvəl səhhətindəki problemlə gündəmə gəlmişdi. Onun əməliyyatı üçün pul toplanmışdı, bacısı Gülnaz isə qardaşına donor olub. Onun qaraciyərinin bir hissəsi aktyora köçürülüb. 

Müzakirələrə səbəb olan həmin videoları təqdim edirik:



24.05.2024 19:27
show 288